“Fələstinin BMT-nin tamhüquqlu üzvü kimi qəbul edilməsi qərarını dünya təşkilatındakı ölkələr özləri verməlidir”.
“Report”un məlumatına görə, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
Onun sözlərinə görə, BMT-nin tamhüquqlu üzvlüyünə qəbul prosesi iştirakçı ölkələrin əlindədir və baş katibin iştirakını tələb etmir.
Fələstin Dövlətinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur BMT Baş Assambleyasının iclasında çıxışı zamanı bildirib ki, İsrail-Fələstin münaqişəsi başa çatdıqdan sonra iki dövlətin birgə yaşaması prinsipinin reallaşması üçün Fələstinin dünya təşkilatına tamhüquqlu üzv olması tələb olunur.