Bakı. 29 avqust. REPORT.AZ/ Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktlarından sonra Əfqanıstana nüvə zərbəsi endirmək təklif olunub.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın keçmiş kansleri Gerhard Şröderin məsləhətçisi Mixael Ştayner "Der Spiegel" jurnalına müsahibəsində bildirib.
Ştayner: "Biz hesab edirdik ki, amerikalıların cavabı çox sərt olacaq. Çünkü onlar şokdaydı. O zaman Vaşinqtonda nüvə zərbəsi təklifi də ciddi müzakirə predmetiydi" - deyə xatırlayıb.