Şri-Lankada terror hücumları ehtimalına görə körpülərin mühafizəsi gücləndirilib

Digər ölkələr
  • 04 may, 2019
  • 09:37
Şri-Lankada terror hücumları ehtimalına görə körpülərin mühafizəsi gücləndirilib

Şri-Lanka polisi təkrar baş verə biləcək hücumlara dair məlumatların fonunda körpülərin mühafizəsini gücləndirib. 

"Report" bu barədə RİA "Novosti"yə istinadən məlumat verir.

Qeyd edək ki, bu il aprelin 21-də terror hücumunu törədənlərdən bir neçə nəfər hələ də azadlıqdadır.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Kolomboda körpülər yeni hücumların hədəfi ola bilər. Bununla əlaqədar əlavə polis qüvvələri yerləşdiriləcək.

Bundan əlavə, ölkənin Hərbi Dəniz Qüvvələri çaylarda və kanallarda patrulların sayını artıracaq.

44 filmi