Yuxarı

Şri-Lankada təbii fəlakətlərə görə 650 min sakin evini tərk edib

Ən çox ziyan ölkənin şimal və mərkəzi dairəsinə dəyib

Bakı. 25 dekabr. REPORT.AZ/ Şri-Lankada leysan yağışların yaratdığı daşqınlar, torpaq sürüşməsi nəticəsində 650 mindən çox insan yaşadığı evi tərk edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bir müddət əvvəl 60 min sakinin təxliyyə edilməsi haqda məlumat yayılmışdı.

Dekabrın 19-da ölkənin mərkəzi və şimal hissəsinə leysan yağış yağmışdı. Təbii fəlakətdən ən çox ziyan ölkənin şimal-şərqində yerləşən, 450 minə yaxın əhalisi olan Battikalov dairəsinə dəyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi