Bazar ertəsinə keçən gecə Şri Lankanın Polonnaruva şəhərində yerləşən və məhbuslar üçün reabilitasiya mərkəzi olan “Kandakadu”dan 70-100 nəfər qaçıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Daily Mirror” polisə istinadən məlumat yayıb.
Qaçışdan əvvəl mərkəzdə olan iki qrup arasında məişət zəminində münaqişə baş verib və bu, üsyana çevrilib. Üsyan iştirakçıları mərkəzin ərazisində yerləşən ordu arsenalına və ərzaq anbarına hücum etmək istəyiblər. Lakin onların hücumu mühafizəçilər tərəfindən dəf edilib.
Toqquşmalar zamanı bir hərbçi və bir məhbus yaralanıb.
Polisin məlumatına görə, mərkəzdə saxlanılan 100-dən 500-dək məhbus vəziyyətdən istifadə edərək oradan qaçıb. Onların bəziləri saxlanılıb, qalanlarının axtarışları davam etdirilir.