Şri-Lankada həftəsonu adada yağan güclü musson yağışları 15 nəfərin ölümünə səbəb olub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin İdarə Edilməsi Mərkəzi məlumat yayıb.
Rəsmilər, leysan yağışları və güclü küləklərin daşqınlara, torpaq sürüşmələrinə və bir neçə yaşayış binasının çökməsinə səbəb olduğunu bəyan ediblər.
Qeyd olunub ki, təbii fəlakət nəticəsində paytaxt Kolombo daxil olmaqla, ölkənin yeddi rayonunda azı 15 nəfər ölüb. İlkin məlumatlara görə, 25 inzibati rayondan 20-si təbii fəlakətdən zərər çəkib, 4 mindən çox evə qismən ziyan dəyib, 28 ev tamamilə dağılıb.
Ada dövlətinin 19 minə yaxın sakini çətin vəziyyətdə qalıb.
Şri-Lanka ordusu xilasetmə əməliyyatlarını həyata keçirmək üçün qayıqla təchiz olunmuş yeddi bölmə yaradıb, Hərbi Hava Qüvvələrində isə təsirə məruz qalan ərazilərdə təcili yardım göstərmək üçün hazır vəziyyətdə olan üç helikopter var.