Bakı. 29 may. REPORT.AZ/ Şri-Lankada leysan yağışları səbəbindən baş verən daşqınlar nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
***02:51
Şri-Lankada daşqın qurbanlarının sayı 151 nəfərə çatıb, daha 111 nəfər itkin düşmüş hesab olunur.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü ölkənin Fövqəladə Hallara Reaksiya Mərkəzi məlumat yayıb.
Bundan əvvəl ölənlərin 146 olduğu, 112 nəfərin itkin düşdüyü bildirilirdi.