Şri-Lankada terror aktları nəticəsində 30 xarici ölkə vətəndaşı ölüb

Şri-Lankada terror aktları nəticəsində 30 xarici ölkə vətəndaşı ölüb Ötən bazar günü Şri-Lankada törədilən terror hücumları nəticəsində 30 əcnəbi vətəndaş da ölüb.
Digər ölkələr
22 Aprel , 2019 21:04
Şri-Lankada terror aktları nəticəsində 30 xarici ölkə vətəndaşı ölüb

Ötən bazar günü Şri-Lankada törədilən terror hücumları nəticəsində 30 əcnəbi vətəndaş da ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, Banqladeş, Fransa, Yaponiya, Niderland, Portuqaliy, İspaniyanın hər birindən bir nəfər, Çin, Türkiyə, Səudiyyə Ərəbistanının hər birindən iki nəfər, Böyük Britaniyadan 6 nəfər, Hindistandan səkkiz nəfər, habelə ABŞ və Böyük Britaniya vətəndaşlığı olan iki, Avstraliya və Şri Lanka vətəndaşlığı olan iki nəfər terrorun qurbanı olub.

Bununla yanaşı, 14 əcnəbi itkin düşüb, 17 nəfər də xəsarət alaraq paytaxt Kolombonun xəstəxanalarında müalicə olunur.

Son xəbərlər

Orphus sistemi