Şri-Lanka Prezidenti güc strukturlarının rəhbərlərini istefa verməyə çağırıb

Digər ölkələr
  • 24 aprel, 2019
  • 11:12
Şri-Lanka Prezidenti güc strukturlarının rəhbərlərini istefa verməyə çağırıb

Şri-Lanka Prezidenti Maithripala Sirisena ölkənin Müdafiə naziri Ruvan Vicivardeneni və Polis baş müfəttişi Pucit Cavasundaranı istefa verməyə çağırıb.

“Report” “News 1st”a istinadən xəbər verir ki, buna səbəb aprelin 21-də ölkədə törədilən və son məlumata əsasən, 359 nəfərin ölümünə səbəb olan silsilə terror hücumları olub.