Srebrenitsa soyqırımının daha 30 qurbanı dəfn edilib

Srebrenitsa soyqırımının daha 30 qurbanı dəfn edilib Srebrenitsa soyqırımının daha 30 qurbanı dəfn edilib.
Digər ölkələr
11 İyul , 2023 17:42
Srebrenitsa soyqırımının daha 30 qurbanı dəfn edilib

Srebrenitsa soyqırımının daha 30 qurbanı kütləvi məzarlıqdan eksumasiya edilərək dəfn olunub.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bununla bağlı Bosniya və Herseqovinanın Potoçari Memorial Qəbiristanlığında mərasim keçirilib.

Bildirilib ki, mərasimdə Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş, Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini, keçmiş daxili işlər naziri Efkan Ala da iştirak edib.

Dəfn edilənlər yeniyetmə olub: 15 yaşlı Elvir Salcinoviç, 16 yaşlı Mustafa Mekaniç və Esed Klempiç, 17 yaşlı Semir Doziç. Onlarla yanaşı, ata-oğul Vejsil və Hasib Mujanoviç də 28 ildən sonra memorial qəbiristanlıqda dəfn ediliblər.

Qeyd edək ki, Serbiya hərbçiləri 1995-ci il iyulun 11-12-də Srebrenitsada 8 372 mülki sakini soyqırımına məruz qoyublar.

Son xəbərlər

Orphus sistemi