Şotlandiyada təyyarə, qatar və avtobus səfərləri təxirə salınıb

Şotlandiyada təyyarə, qatar və avtobus səfərləri təxirə salınıb Ölkədə güclü qar səbəbindən "qırmızı" təhlükə dərəcəsi tətbiq olunub
Digər ölkələr
28 Fevral , 2018 19:39
Şotlandiyada təyyarə, qatar və avtobus səfərləri təxirə salınıb

Bakı. 28 fevral. REPORT.AZ/ Şotlandiyada yağan güclü qar səbəbindən "qırmızı" təhlükə dərəcəsi tətbiq olunub.

"Report"un "Qazeta.ru"ya istinadən verdiyi xəbərə görə, xəbərdarlıq Britaniyanın "MET Office" Meteoroloji Xidməti tərəfindən edilib.

Sinoptiklər 24 saat ərzində qarın hündürlüyünün 40 sm-dək artacağını bildirirlər.

Əlverişsiz hava şəraiti səbəbindən təyyarə, qatar və avtobus səfərləri təxirə salınıb.

Bundan əlavə, elektrik enerjisinin verilişində də fasilələrin yaranacağı istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi