Sorğu: Makron Fransada seçkilərin hər iki turunda qələbə qazanacaq

Sorğu: Makron Fransada seçkilərin hər iki turunda qələbə qazanacaq Sosioloqlar ikinci turda Le Pen ilə mübarizədə Makronun şərtsiz qələbə qazanacağını düşünür
Digər ölkələr
9 Mart , 2017 13:13
Sorğu: Makron Fransada seçkilərin hər iki turunda qələbə qazanacaq

Bakı. 9 mart. REPORT.AZ/ Emmanuel Makronun son bir ayda xeyli artan populyarlığı ona Fransada keçiriləcək prezident seçkilərinin ilk turunda lider olmağa və ikinci turda isə böyük fərqlə qələbə qazanmağa imkan verəcək.

"Report" RBK-ya istinadən xəbər verir ki, bunu "Harris Interactive France" şirkəti tərəfindən keçirilən ictimai rəy sorğusunun nəticələri göstərir.

Şirkətin məlumatına görə, Makronun reytinqi son bir həftə ərzində 5% artıb və bu, ona ilk turda səslərin 26%-ni toplamağa, başqa sözlə, Le Peni 1% qabaqlamağa imkan verəcək. Həyat yoldaşı Penelopanın qalmaqal mərkəzinə düşdüyü Fransua Fiyon seçicilərin yalnız 20%-nin dəstəyini qazana biləcək. Sosioloqlar son bir ayda onun reytinqinin demək olar, dəyişmədiyini qeyd edib.

Sosioloqlar ikinci turda Le Pen ilə mübarizədə Makronun şərtsiz qələbə qazanacağını (35%-ə qarşı 65%) düşünür. İkinci tura Fiyon çıxsa, o da ictimai rəy sorğusuna əsasən, Le Peni üstələyəcək (59% - 41%).

Xatırladaq ki, Fransada prezident seçkilərinin ilk turu aprelin 23-də baş tutacaq. Namizədlərin heç biri seçicilərin əksəriyyətinin dəstəyini qazana bilməsə, mayın 7-də ikinci tur keçiriləcək.

Son xəbərlər

Orphus sistemi