Yuxarı

​Sorğu: Klinton səsvermədə Trampı təqribən 13 faiz geridə qoyur

Namizədlər arasındakı əvvəlki fərq müvafirq olaraq 11% idi

Bakı. 6 iyul. REPORT.AZ/ Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton Respublikaçılardan ehtimal olunan namizəd Donald Tramp ilə arasındakı fərqi artırıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, agentlik və "Ipsos" şirkətinin 1-5 iyul tarixlərində apardığı birgə sorğunun nəticələrinə əsasən, Klintona seçicilərin 46%-i, Trampa isə 33%-i səs verə bilər.

Eyni zamanda sorğulananların 22%-i qarşıdan gələn seçkilərdə onlardan hər hansı birinə səs verməyi planlaşdırmır.

Klinton və Tramp arasındakı əvvəlki fərq 11 faiz idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi