Sorğu: Amerikalıların yarıdan çoxu Trampın fəaliyyətindən narazıdır

Sorğu: Amerikalıların yarıdan çoxu Trampın fəaliyyətindən narazıdır Respondentlərin ancaq 38 faizi Trampın fəaliyyətindən razıdır
Digər ölkələr
29 Oktyabr , 2017 22:59
Sorğu: Amerikalıların yarıdan çoxu Trampın fəaliyyətindən narazıdır

Bakı. 29 oktyabr. REPORT.AZ/ Amerikalıların 58 faizi prezident Donald Trampın gördüyü işlərdən narazıdır.

“Report” “TASS”-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" və "NBC"nin keçirdiyi birgə sorğunun nəticələri deməyə əsas verir.

Sorğunun nəticələrinə görə, respondentlərin ancaq 38 faizi Trampın fəaliyyətindən razıdır. Bu "WSJ" və "NBC"-nin apardıqları araşdırmalar zamanı Trampın yanvar ayında fəaliyyətə başladıqdan sonra göstərdiyi ən aşağı rəqəmdir. Bundan əvvəl ən aşağı nəticə isə may ayında qeydə alınıb: - 39 faiz. 

Son xəbərlər

Orphus sistemi