Yuxarı
    Bağlamaq

    ​Son 7 ildə Türkiyə əhalisi 7 milyon nəfər artıb

    Ötən il İstanbulda 14 377 018 nəfər qeydə alınıb

    Bakı. 23 noyabr. REPORT.AZ/ Son 7 ildə Türkiyənin əhalisi 7 milyon nəfər artıb. "Report"un məlumatına görə, 2007-ci ildə Türkiyənin əhalisi 70 586 256 nəfər, 2014-cü ildə 77 695 904 nəfər olub.

    Türkiyənin paytaxtı Ankara şəhərində son 7 ildə əhalinin sayı 4 466 756 nəfərdən 5 150 072, Antaiyada 1 789 295 nəfərdən, 2 222 562 nəfərə, İstanbulda isə 12 573 836 nəfərdən 14 377 018 nəfərə yüksəlib.

    Bu illər ərzində əhalisinin sayı azalan yaşayış yerləri arasında Sivas, Çorum, Tokat, Ərdahan kimi bölgələr yer alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi