Son 2 ayda Dəməşq yaxınlığındakı şəhərə hücum zamanı 329 dinc sakin həlak olub

Son 2 ayda Dəməşq yaxınlığındakı şəhərə hücum zamanı 329 dinc sakin həlak olub Bakı. 14 yanvar. REPORT.AZ/ Suriyada Bəşşar Əsəd tərəfdarlarının son 2 ayda Dəməşq yaxınlığındakı Şərqi Quta şəhərinə hücumu zamanı 329 dinc sakin həlak olub.
Digər ölkələr
14 Yanvar , 2018 19:31
Son 2 ayda Dəməşq yaxınlığındakı şəhərə hücum zamanı 329 dinc sakin həlak olub

Bakı. 14 yanvar. REPORT.AZ/ Suriyada Bəşşar Əsəd tərəfdarlarının son 2 ayda Dəməşq yaxınlığındakı Şərqi Quta şəhərinə hücumu zamanı 329 dinc sakin həlak olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriyanın Hüquq Müdafiə Təşkilatları şəbəkəsinin hesabatında bildirilir.

Sənəddə qeyd olunur ki, onlardan 79-u uşaqlar, 54-ü qadınlardır. Hesabata əsasən müxalifətin nəzarəti altında olan Şərqi Qutaya 2017-ci ilin 14 noyabrından 2018-ci ilin 11 yanvarına qədər Əsəd tərəfdarlarının endirdiyi hava zərbələri və quru əməliyyatları nəticəsində 297 nəfər həlak olub. Onlardan 71-i uşaqlar, 41-i qadınlardır.

Həmçinin Rusiya hərbçilərinin endirdiyi zərbələr nəticəsində 8-i uşaq, 24-ü qadın olmaqla, 32 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi