Somalinin xarici işlər naziri vəzifəsindən azad edilib

Somalinin xarici işlər naziri vəzifəsindən azad edilib Somalinin baş naziri Məhəmməd Hüseyn Roble xarici işlər naziri Məhəmməd Abdirisak Mahmudu istefaya göndərib.
Digər ölkələr
21 Noyabr , 2021 04:06
Somalinin xarici işlər naziri vəzifəsindən azad edilib

Somalinin Baş naziri Məhəmməd Hüseyn Roble xarici işlər naziri Məhəmməd Abdirisak Mahmudu istefaya göndərib.

"Report" xəbər verir ki, bu barədə Somalinin “Garove” xəbər portalı məlumat yayıb.

Hökumət başçısının bu addımının səbəbləri açıqlanmayıb.

Məhəmməd Abdirisak Mahmud bir il bundan əvvəl xarici işlər naziri vəzifəsinin icrasına başlayıb.

Baş nazir Abdisayd Musa Əlini Somalinin yeni xarici işlər naziri təyin edib, o, əvvəllər ölkə prezidentinin milli təhlükəsizlik müşaviri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi