Somalili piratlar "Eureka" tankerinin azad edilməsi üçün 10 milyon dollar tələb edirlər
Digər ölkələr
- 02 iyul, 2026
- 22:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Eureka" tankerini ələ keçirən Somali piratları onun azad edilməsi üçün 10 milyon dollar tələb edirlər.
"Report" xəbər verir ki, bu barədə "Shabelle Media Network" portalı məlumat yayıb.
Qeyd olunub ki, Toqo bayrağı altında üzən gəmi mayın 2-də Ədən körfəzində BƏƏ-dən dizel yanacağı daşıyarkən ələ keçirilib.
Daha əvvəl bildirilmişdi ki, dəniz quldurları onların azad edilməsi ilə bağlı danışıqların iflasa uğraması fonunda tankerin Misir və Hindistan vətəndaşlarından ibarət heyət üzvlərini öldürməklə hədələyiblər.
Britaniyanın dəniz təhlükəsizliyi sahəsində fəaliyyət göstərən "Ambrey" şirkətinin məlumatına görə, hazırda dəniz quldurlarının nəzarətində ən azı iki tanker və bir quru yük gəmisi var.
Son xəbərlər
20:12
Foto
Dmanisidə V-VIII əsrlərə aid məbədin qalıqları aşkarlanıb
Region
19:48
Britaniyalı nazir: Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Bakı ilə münasibətlərdə yeni fəsil açacaq
Xarici siyasət
19:42
Polşa 14 illik fasilədən sonra Dəməşqdəki səfirliyini açır
Digər ölkələr
19:32
Bakıda tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Hadisə
19:28
"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandasına qarşı oyunun çətin keçəcəyini bilirdik"
Komanda
19:26
Niderland kraliçasına polkovnik-leytenant rütbəsi verilib
Digər ölkələr
19:24
Azərbaycan bütün dövlətlərlə münasibətlərini beynəlxalq hüquq normaları əsasında qurur - Rəy
Daxili siyasət
19:13
Foto
Video
Sumqayıtda yol çöküb
Hadisə
18:59
İKZF: Azərbaycanda ipoteka krediti almaq üçün növbəti limitlər üzrə 1 393 nəfərin müraciəti qeydə alınıb
Maliyyə