Somalidə yaraqlılar hərbi bazaya hücum edib

Digər ölkələr
  • 11 iyul, 2016
  • 06:48
Somalidə yaraqlılar hərbi bazaya hücum edib

Bakı. 11 iyul. REPORT.AZ/ "Əl-Şabab" qruplaşmasının silahlı yaraqlılarının Somalidə hərbi bazaya hücumu nəticəsində azı 10 hərbçi həyatını itirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə paytaxt Moqadişodan cənub-qərbdə baş verib.

Partlayıcı qurğu yerləşdirilmiş avtomobil bazanın qapısını dağıtdıqdan sonra "Əl-Şabab" yaraqlıları içəri daxil olub. Artıq qruplaşma hücuma görə, məsuliyyəti üzərinə götürüb. Onların iddiasına görə, bazaya hücum zamanı 30 hərbçi öldürülüb.

44 - Tezliklə