Somalidə terrorçular hərbi bazaya hücum edib, 17 hərbçi öldürülüb

Digər ölkələr
  • 29 sentyabr, 2017
  • 05:45
Somalidə terrorçular hərbi bazaya hücum edib, 17 hərbçi öldürülüb
MOHAMED ABDIWAHAB / AFP/GETTY IMAGES

Bakı. 29 sentyabr. REPORT.AZ/ Somalidə terrorçu “Aş-Şabab” qruplaşmasının hərbi bazaya hücumu nəticəsində azı 17 hərbçi öldürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, terrorçular ölkənin paytaxtı Moqadişo yaxınlığında yerləşən hərbi bazaya basqın edərək, oranı ələ keçiriblər.

Məlumata görə, terrorçular odlu silahdan istifadə etməklə yanaşı, partlayıcı yüklənmiş avtomobili də partladıblar.