Yuxarı

​Somalidə terrorçular 50 sülhməramlını qətlə yetiriblər

Hadisə ölkə paytaxtı Moqadişodan 90 km cənubda baş verib

Bakı. 1 sentyabr. REPORT.AZ/ "Əş-Şabab" terrorçularının Somalinin cənubunda Afrika İttifaqı sülhməramlılarının bazasına hücumu nəticəsində 50-dən çox sülhməramlı qətlə yetirilib. 

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin paytaxtı Moqadişodan 90 km cənubda baş verib. Terrorçular sülhməramlıların yerləşdiyi bazanın ərazisinə avtomobillə daxil olublar. Maşındakı terrorçu-intiharçı özünü partladıb. Bundan sonra silahlı terrorçular bazaya soxularaq, atəş açmağa başlayıblar.

Terrorçular hücum nəticəsində 50-yə yaxın sülhməramlını öldürdükləri haqda xəbər yayıblar. Məlumata görə, terrorçular hücumları nəticəsində qarşı tərəfdə ölənlərin sayını bir qayda olaraq, artırırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi