Somalidə terrorçu-kamikadze özünü hotelin yaxınlığında partladıb, doqquz nəfər ölüb

Digər ölkələr
  • 31 mart, 2016
  • 09:25
Somalidə terrorçu-kamikadze özünü hotelin yaxınlığında partladıb, doqquz nəfər ölüb

Bakı. 31 mart. REPORT.AZ/ Somalinin mərkəzində yerləşən Muduq əyalətinin Qalkayo şəhərində terrorçu-kamikadze özünü hotelin yaxınlığında partladıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, yerli polis 9 nəfərin ölməsi barədə məlumat yayıb. Hadisə "Unlay" hotelinin yaxınlığında baş verib. İlkin məlumatlara görə, ölənlər arasında Puntlend rayonunun məmurlarından biri və onun 5 cangüdəni də var. Qeyd edilir ki, kamikadze hotelin yanındakı kafedə izdihamlı yerdə bombanı işə salıb.

Partlayışa görə məsuliyyəti üzərinə "Əl-Şabab" radikal qruplaşması götürüb.

Xatırladaq ki, dünən gecə saatlarında Somalinin paytaxtı Moqudişoda Türkiyə vətəndaşlarını aparan avtomobilə silahlı hücum olmuşdu. Nəticədə Türkiyə, Azərbaycan və Somali vətəndaşları öldürülmüşdü. Bir neçə nəfər isə yaralanmışdı.