Somalidə terror aktı nəticəsində 10-dan çox insan həlak olub

Somalidə terror aktı nəticəsində 10-dan çox insan həlak olub Terror aktına görə məsuliyyəti "Əş-Şəbab" qruplaşması öz üzərinə götürüb
Digər ölkələr
21 Avqust , 2016 15:18
Somalidə terror aktı nəticəsində 10-dan çox insan həlak olub

Bakı. 21 avqust. REPORT.AZ/ Somalinin Qalkayo şəhərində törədilən ikiqat terror aktı nəticəsində 10-dan çox insan həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Mail" nəşri yazıb.

Yerli polisin məlumatına görə, partlayışlar hökumət binalarının yerləşdiyi məhəllədə baş verib. Bombalar avtomobillərə qoyulub.

Terror aktına görə məsuliyyəti "Əş-Şəbab" qruplaşması öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi