Bakı. 7 yanvar. REPORT.AZ/ Somalidə yarımuxtar Puntlend bölgəsinin təhlükəsizlik qüvvələri son bir həftə ərzində “Əş Şəbab” terror qruplaşmasının 54 üzvünü öldürüblər, daha 46 terrorçu yaralanıb.
"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Puntlend bölgəsinin rəhbəri Abdivali Məhəmməd Əli bildirib. Onun sözlərinə görə, əməliyyat zamanı 5 hərbçi həlak olub, 4-ü yaralanıb.
Qeyd edək ki, Yeni il ərəfəsində “Əş Şəbab” terror qruplaşmasının üç lideri aviazərbələr nəticəsində öldürülmüşdü.