Somalidə avtomobil partladılıb, ölənlər var

Digər ölkələr
  • 26 noyabr, 2018
  • 14:46
Somalidə avtomobil partladılıb, ölənlər var

Bakı. 26 noyabr. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişo şəhərində avtomobilin partlaması nəticəsində 10 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, yerli polis hadisə nəticəsində ölənlərin dinc sakinlər olduğunu, ətrafdakı binalara da zərər dəydiyini bildirib.

Bununla yanaşı, paytaxtın Vədəcir rayonundakı izdihamlı bazar yaxınlığında daha bir partlayış törədilib.

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.