Somalidə ABŞ-ın hərbi bazasına hücum olub

Digər ölkələr
  • 30 sentyabr, 2019
  • 09:47
Somalidə ABŞ-ın hərbi bazasına hücum olub

Somalidə ABŞ-ın hərbi bazasına bomba yüklənmiş maşınla hücum olub.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Aşağı Şabel şəhərinin polis nümayəndəsi Yusuf Abdurrahman bildirib.

Onun sözlərinə görə, partlayıcı yüklənən avtomobil hərbi bazanın giriş qapısında partladılıb. 

Polis əməkdaşı bildirib ki, partlayışdan sonra atışma olub.