Somali prezidenti “Əş-Şabab”ı məhv edəcəyini bildirib

Somali prezidenti “Əş-Şabab”ı məhv edəcəyini bildirib Prezident Məhəmməd Abdullahi Məhəmməd ektermistlərin təslim olması üçün 60 gün möhlət verib
Digər ölkələr
6 Aprel , 2017 20:12
Somali prezidenti “Əş-Şabab”ı məhv edəcəyini bildirib

Bakı. 6 aprel. REPORT.AZ/ Somali Prezidenti Məhəmməd Abdullahi Məhəmməd ölkəni hərbi fəaliyyət zonsı elan edib.

“Report” “Associated press”ə istinadən xəbər verir ki, ölkə prezidenti ordu və kəşfiyyat qurumlarının başçılarını da dəyişərək, orduya islam adı altında fəaliyyət göstərən “Əş-Şabab” radikal qrupuna qarşı yeni hücuma keçməyi tapşırıb.

Prezident Məhəmməd Abdullahi Məhəmməd ektermistlərin təslim olması üçün 60 gün möhlət verib.

Məlumata görə, ölkə başçısı “Əl-Qaidə” beynəlxalq terror şəbəkəsi ilə əlaqəsi olan “Əş-Şabab”ın (“Gənc mücahidlər hərəkatı”) məhv edəcəyini bildirib. ABŞ 2008-ci ildə bu təşkilatı terrorçular siyahısına daxil edib. 

Son xəbərlər

Orphus sistemi