Şolts müttəfiqləri Ukraynaya tanklar verməyə çağırıb

Digər ölkələr
  • 17 fevral, 2023
  • 22:08
Şolts müttəfiqləri Ukraynaya tanklar verməyə çağırıb

“Ukraynaya döyüş tanklarının verilməsinin tərəfdarı olan ölkələr öz vədlərini yerinə yetirməli və tankları verməlidirlər”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Münxen Təhlükəsizlik Konfransında deyib.

“Belə tankları vermək iqtidarında olanların bunu indi etməsi lazımdır”, - o bildirib.

Bundan əvvəl “Die Welt” qəzeti Niderland və Danimarkanın Kiyevə “Leopard 2” tanklarının verilməsində iştirak etməyəcəyini yazıb.

Yanvarın 25-də Almaniya hökuməti Ukraynaya 14 “Leopard 2” tankı göndərəcəyini və digər ölkələrə bu texnikanın təkrar ixracına icazə verəcəyini təsdiqləyib.