Slovakiyada hərbi kəşfiyyatın keçmiş rəisi öldürülüb

Slovakiyada hərbi kəşfiyyatın keçmiş rəisi öldürülüb Slovakiya hərbi kəşfiyyatının keçmiş rəisi, general-mayor Petr Buçkanın meyiti Bratislavanın Devin rayonunda tapılıb.
Digər ölkələr
27 Yanvar , 2022 00:05
Slovakiyada hərbi kəşfiyyatın keçmiş rəisi öldürülüb

Slovakiya hərbi kəşfiyyatının keçmiş rəisi, general-mayor Petr Buçkanın meyiti Bratislavanın Devin rayonunda tapılıb.

"Report" xəbər verir ki, bu barədə Slovakiyanın JOJ telekanalı məlumat yayıb.

Polis onun ölümünün səbəblərini araşdırır.

Kəşfiyyatın keçmiş rəisinin meyiti Devindəki karxananın yaxınlığında tapılıb.

Qeyd edək ki, Petr Buçka 1998-ci il noyabrın 16-dan 1999-cu il dekabrın 31-dək Slovakiya Silahlı Qüvvələrinin kəşfiyyat rəisi işləyib.

Buçka son illərdə Slovakiyanın kommersiya strukturlarında məsləhətçi kimi fəaliyyət göstərib.

Son xəbərlər

Orphus sistemi