“Avropa İttifaqı (Aİ) Rusiya ilə imzalanmış Şengen vizalarının verilməsinin sadələşdirilməsi sazişini dayandıracaq”.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə qərarı Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
"Avropa İttifaqı Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini ləğv edəcək, üzv ölkələrin çoxu buna tərəfdardır. Amma rusliyalılara vizaların verilməsinə ümumi qadağa tətbiq edilməyəcək", - Siyarto deyib.
Sadələşdirilmiş rejimin ləğvi viza üçün müraciət prosedurunun dəyişdirilməsi deməkdir. Aİ ölkələrinin vizası üçün müraciət edən rusiyalılar daha çox sənəd toplamalı olacaqlar. Bundan əlavə, ərizələrə baxılma müddəti uzadılacaq və belə ərizənin verilməsinin qiyməti 35 avrodan 80 avroya qədər artacaq.