Yuxarı

Sinqapurun "atası" xəstəxanaya yerləşdirilib

Bir müddət əvvəl siyasətçidə pnevmoniya müəyyən olunub

Bakı. 21 mart. REPORT.AZ/ Sinqapurun birinci baş naziri Li Kuan Yunun səhhəti pisləşib. 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə hökumət rəhbərinin dəftərxanası məlumat yayıb. 

Fevralın 5-də 91 yaşlı Li Kuan Yu kəskin pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Sinqapurda Li Kuan Yunu "təsisçi-ata" adlandırırlar. Məhz onun hakimiyyəti dövründə Sinqapur iqtisadi cəhətdən sürətlə inkişaf etməyə başlayıb və dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi