Şimali Koreyanın Londondakı səfirliyi şübhəli əşya səbəbindən mühasirəyə alınıb

Şimali Koreyanın Londondakı səfirliyi şübhəli əşya səbəbindən mühasirəyə alınıb Polis yaxınlıqdakı küçələri də bağlayıb
Digər ölkələr
26 Sentyabr , 2017 02:25
Şimali Koreyanın Londondakı səfirliyi şübhəli əşya səbəbindən mühasirəyə alınıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bazar ertəsi axşam Şimali Koreyanın Londondakı səfirliyi şübhəli əşya səbəbindən mühasirəyə alınıb.

"Report" xəbər verir ki, bu barədə "Daily Express" nəşri məlumat yayıb.

Bildirilir ki, polis yaxınlıqdakı küçələri də bağlayıb. Hadisə yerinə təcili yardım maşınları və istehkamçılar cəlb olunub, yoxlama partlayışı həyata keçirilib.

Başqa məlumatlar araşdırılır.

Son xəbərlər

Orphus sistemi