Şimali Koreyada hərbi parad keçirilib

Şimali Koreyada hərbi parad keçirilib Koreya Xalq Demokratik Respublikasının (KXDR) yaranmasının 75-ci ildönümü münasibətilə ölkənin paytaxtı Pxenyan şəhərində hərbi parad keçirilib
Digər ölkələr
9 Sentyabr , 2023 07:17
Şimali Koreyada hərbi parad keçirilib

Koreya Xalq Demokratik Respublikasının (KXDR) yaranmasının 75-ci ildönümü münasibətilə ölkənin paytaxtı Pxenyan şəhərində hərbi parad keçirilib.

“Report” xəbər verir ki, bu barədə KXDR-in dövlət radiosu “Koreya səsi” məlumat yayıb.

Qeyd olunub ki, tədbirdə ölkənin lideri Kim Çen In, qızı Kim Ju E və Rusiya və Çin diplomatları iştirak ediblər. Parad Kim İr Sen meydanında baş tutub.

Qeyd edək ki, Şimali Koreyada Kim Çen In hakimiyyətə gəldiyi 2011-ci ildən bəri ölkədə 15 dəfə hərbi parad keçirilib. Yeni silahlar da əsasən həmin paradlarda ilk dəfə ictimaiyyətə nümayiş olunur.

Son bir neçə ildir ki, paradlar adətən ya axşam saatlarında, ya da səhər erkən vaxtı təşkil olunur.

Bundan əvvəlki hərbi parad 1950-1953-cü illər Koreya müharibəsinin yekununda atəşkəsin imzalanmasının 70-ci ildönümü münasibətilə iyulun 27-də keçirilib.

Son xəbərlər

Orphus sistemi