Yuxarı
    Bağlamaq

    Şimali Koreya yeni raket sınağına hazırlaşır

    Telekanalın məlumat aldığı mənbə əmin deyil ki, bu, qitələrarası raketin, yoxsa orta mənzilli raketin sınağıdır.

    Bakı. 19 iyul. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni raket sınağına hazırlaşır.

    "Report" xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ-ın kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

    Telekanalın məlumat aldığı mənbə əmin deyil ki, bu qitələrarası raketin, yoxsa orta mənzilli raketin sınağıdır. 

    Xatırladaq ki, KXDR iyun ayının 4-də "Xvason-14 raketinin sınağını keçirib. Həmin raketin 933 km məsafə qət etdiyi və 2802 km hündürlüyə qalxdığı söylənilirdi. Roketin ümumi uçuş vaxtı 39 dəqiqə olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi