Şimali Koreya Rusiyaya məxsus balıqçı gəmisini saxlayıb
Digər ölkələr
- 24 iyul, 2019
- 02:04
Şimali Koreya göyərtəsində 17 dənizçinin olduğu Rusiyaya məxsus balıqçı gəmisini saxlayıb.
“Report” xəbər verir ki, bunu "Şimal-Şərq" balıqçılıq şirkətinin direktor müavini Sergey Sedler deyib.
Onun sözlərinə görə, "Syanhaylin-8" gəmisi ilə bağlı hadisə iyulun 17-nə keçən gecə baş verib. Gəmidə 15 Rusiya və iki Cənubi Koreya vətəndaşı olub. Gəmi Yapon dənizinə xərçəng tutmaq üçün yollanıb. Konsul dənizçilərin yanına yalnız iyulun 23-də buraxılıb.
Rusiya Xarici İşlər Nazirliyinin Vladivostokdakı nümayəndəsi bu barədə iyulun 18-də xəbər tutduqlarını bildirib.
"…diplomatlar hadisə baş verəndən vəziyyətin yoluna qoyulması üzərində işləyirlər", - deyə o bildirib.
Rusiya XİN rəsmisi əlavə edib ki, onlar artıq heyət üzvləri ilə görüşüblər.
Son xəbərlər
10:12
Rusiyada 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Region10:10
"Liverpul"la oyun "Mançester Siti" üçün əlamətdar olub
Futbol10:01
XXV Qış Olimpiya Oyunlarında bu gün növbəti yarışlar baş tutacaq
Fərdi09:59
Qubada ailənin 8 üzvünün zəhərlənmə iddiası ilə bağlı araşdırma başlayıb
Sağlamlıq09:56
Foto
Beynəlxalq tədbirdə Rəqəmsal Logistika Platforması barədə məlumat verilib
İnfrastruktur09:55
İsrail ABŞ-ni İranla bağlı planı barədə xəbərdar edib
Digər ölkələr09:46
Balakəndə yanğında 100 ev quşu tələf olub
Hadisə09:44
"Yelo Bank"da innovativ QR ilə ödəniş aktivdir!
Maliyyə09:41