Şimali Koreya liderinin bacısı Cənubi Koreyaya səfər edəcək

Şimali Koreya liderinin bacısı Cənubi Koreyaya səfər edəcək Kim Ye Çjon 2017-ci ildən Şimali Koreya Əmək Partiyasının Siyasi Bürosunun üzvüdür
Digər ölkələr
7 Fevral , 2018 12:06
Şimali Koreya liderinin bacısı Cənubi Koreyaya səfər edəcək

Bakı. 7 fevral. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen Inın kiçik bacısı, 28 yaşlı Kim Ye Çjon Cənubi Koreyada keçiriləcək Qış Olimiya Oyunlarının açılış mərasimində iştirak edəcək.

“Report” BBC-yə istinadən xəbər verir ki, o, Cənubi Koreyaya səfər etmiş ikinci qadın dövlət məmuru olacaq. 

İlk dəfə onun bibisi, Kim Çen İrin bacısı Kim Qyon Hi bu ölkəyə səfər etmişdi.

Kim Ye Çjon 2017-ci ildən Şimali Koreya Əmək Partiyasının Siyasi Bürosunun üzvüdür. O, Şimali Koreyada mühüm dövlət postu tutur. 

Qeyd edək ki, Kim Ye Çjonun adı ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslərin siyahısına salınıb. O, Şimali Koreyada insan haqlarını pozan əsas şəxslərdən biri sayılır. 

Son xəbərlər

Orphus sistemi