Şimali Koreya liderindən hələ də xəbər yoxdur

Digər ölkələr
  • 25 aprel, 2020
  • 10:40
Şimali Koreya liderindən hələ də xəbər yoxdur
Kim Çen In

"Şimali Koreyada hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq ABŞ-ın hədəfləri dəyişməyəcək". 

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo Şimali Koreya lideri Kim Çen Inın sağlıq vəziyyəti ilə bağlı açılamasında bildirib. 

Maykl Pompeo telekanallardan birinə verdiyi müsahibədə Şimali Koreyanın nüvə silahlarından təmizlənəcəyi istiqamətində ABŞ-ın fəaliyyətini davam etdirəcəyini söyləyib. 

ABŞ-ın dövlət katibi Şimali Koreya liderinin səhhəti ilə bağlı heç nə bilmədiklərini vurğulayaraq deyib: “Amerika xalqı vəziyyəti çox yaxından izlədiyimizi bilməlidir". 

Şimali Koreyanın sədri Kim Çen Inın ölüb-ölmədiyi və vəziyyətini öyrənmək üçün Çin bu ölkəyə həkim göndərib. Bildirilib ki, “Reuters” agentliyi bu xəbəri hadisəyə yaxın 3 mənbəyə istinadən yayıb.

Ancaq Çinin göndərdiyi heyətin Kim Çen Inın sağlıq vəziyyəti ilə bağlı hələ də heç bir rəsmi məlumatı yoxdur. 

Qeyd edək ki, aprelin 21-də ABŞ-ın yüksək vəzifəli dövlət rəsmisi Kim Çen In cərrahiyyə əməliyyatı keçirdiyini və vəziyyətinin çox ağır olduğunu iddia etmişdi.