Koreya Xalq Demokratik Respublikası (KXDR) hakimiyyəti Çinlə dəmir yolu əlaqələrini bərpa edib.
"Report" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Qeyd edilir ki, Dandonq şəhərindəki stansiyaya KXDR-dən yük qatarı gəlib.
KXDR hakimiyyəti koronavirus pandemiyası fonunda 2020-ci ilin əvvəlində fövqəladə tədbirlər planına əsasən dövlət sərhədlərini bağlayıb. Rəsmi məlumatlara görə, indiyədək KXDR-də koronavirusa yoluxma halı qeydə alınmayıb.