Şimali İrlandiyanın baş naziri istefa verib

Şimali İrlandiyanın baş naziri istefa verib Şimali İrlandiyanın hökumət başçısı Pol Qiven istefa verdiyini açıqlayıb.
Digər ölkələr
3 Fevral , 2022 22:41
Şimali İrlandiyanın baş naziri istefa verib

Şimali İrlandiyanın hökumət başçısı Pol Qiven istefa verdiyini açıqlayıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Məlumata görə, istefa qərarı Birləşmiş Krallığın Avropa İttifaqından (Aİ) çıxması haqqında sazişin bir hissəsi kimi imzalanmış Şimali İrlandiya Protokolunun icrası ətrafında davam edən fikir ayrılıqları fonunda verilib.

Siyasətçi fevralın 4-dən səlahiyyətlərinin icrasını dayandıracağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi