Si Cinpinin Honkonqa səfəri ləğv edilə bilər

Si Cinpinin Honkonqa səfəri ləğv edilə bilər Çin Xalq Respublikasının Sədri Si Tszinpin Honkonqun Çinlə birləşməsinin 25-ci ildönümünü qeyd etmək üçün iyulun 1-də keçmiş Britaniya anklavına planlaşdırılan səfərini ləğv edə bilər.
Digər ölkələr
26 May , 2022 19:53
Si Cinpinin Honkonqa səfəri ləğv edilə bilər

Çin Xalq Respublikasının Sədri Si Cinpin Honkonqun Çinlə birləşməsinin 25-ci ildönümünü qeyd etmək üçün iyulun 1-də keçmiş Britaniya anklavına planlaşdırılan səfərini ləğv edə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, buna səbəb kimi Honkonqda son günlərdə qeydə alınan koronavirusa yoluxma hallarının artması göstərilib.

Nəşrin yazdığına görə, Pekin həmçinin Si Cinpinin Honkonqa səfərinin müddətini bir günə endirməyi də nəzərdən keçirir və bu müddətdə o, adada yerləşən Xalq Azadlıq Ordusunun qoşunlarını yoxlayacaq və Çinin bu xüsusi inzibati rayonunun yeni hakimiyyətinin inauqurasiyasını keçirəcək. Çin liderinin 2020-ci ilin yanvarından bəri Çinin materik hissəsini tərk etmədiyi də vurğulanıb.

Daha əvvəl Honkonq hökumətinin pandemiyaya baxmayaraq, yaddaqalan tarix şərəfinə şənliklər təşkil etməyi planlaşdırdığı bildirilmişdi. Eyni zamanda, Honkonq administrasiyasının rəhbəri Kerri Lam iyunun 30-da başa çatacaq səlahiyyət müddəti bitmədən meqapolisə daxil olmaq üçün sərt qaydaların yumşaldılması imkanını faktiki olaraq istisna edib. Öz növbəsində, iyulun 1-də vəzifəsinin icrasına başlaması gözlənilən yerli administrasiyanın yeni rəhbəri Con Li Çinin materik hissəsi ilə sərhədin vaxtından əvvəl açılmasının əsas prioritetlərindən biri olduğunu bildirib. Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri karantində qalmayan vətəndaşlar üçün sərhədlər bağlı qalıb.

Son xəbərlər

Orphus sistemi