Səudiyyə Ərəbistanının vəliəhdinə qarşı sui-qəsd cəhdi olub

Digər ölkələr
  • 08 mart, 2019
  • 10:44
Səudiyyə Ərəbistanının vəliəhdinə qarşı sui-qəsd cəhdi olub

Bakı. 8 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin-Salmana qarşı sui-qəsd cəhdi olub.

“Report” “aksam”a istinadən xəbər verir ki, bu barədə İsrailin “Makorrishon” xəbər saytı məlumat yayıb.

Bildirilib ki, Məhəmməd bin-Salman sui-qəsdin qarşısını son anda ala bilib. Bu cinayəti törətməkdə şübhəli bilinən Bəndər bin-Salman tutulub.

Məlumata görə, Bəndər bin-Salman vəliəhdin qardaşıdır. Bildirilib ki, o, krallığın mühafizə dəstəsi üzvlərindən birinə bu məqsəd üçün 10 milyon rial (2 milyon 666 min 471 dollar) pul təklif edib.