Yuxarı

​Səudiyyə Ərəbistanının müdafiə naziri Rusiyaya səfər edəcək

Şahzadə Məhəmməd bin-Salmanın Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub

Bakı. 9 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Məhəmməd bin-Salman oktyabrın 11-də Rusiyaya səfər edəcək.

"Report" xəbər verir ki, bu haqda Rusiya KİV-i məlumat yayıb.

Şahzadə Məhəmməd bin-Salman Rusiya prezidenti Vladimir Putinlə də görüşəcək.

"Bizi ortaq neft, kənd təsərrüfatı, eləcə də Fələstin problemi üzrə qarşılıqlı anlaşma kimi ortaq maraqlar birləşdirir. Münasibətlər qura bilməyimiz üçün çoxlu məsələlər var. Biz onları bütün sahələrdə gücləndirməliyik", - deyə Səudiyyə Ərəbistanının müdafiə naziri vurğulayıb. 

Kral Salman ibn-Əbdüləziz əl-Səudun da Rusiyaya səfər edəcəyi ehtimal edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi