Bakı.20 fevral.REPORT.AZ/ Səudiyyə Ərəbistanının şərqində neft kəmərində sızma baş verib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, “Saudi Aramco” şirkəti hadisə nəticəsində 1 nəfərin öldüyünü, 3 nəfərin isə yaralandığını bildirib.
Şirkətdən qeyd olunub ki, sızmanı nəzarətə almaq mümkün olub. Lakin həmin şəxsin necə ölməsi ilə bağlı detallar açıqlanmayıb.
Şirkət hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.