Səudiyyə Ərəbistanında iki nəfər polisə atəş açıb, ölən və yaralananlar var

Səudiyyə Ərəbistanında iki nəfər polisə atəş açıb, ölən və yaralananlar var Bakı. 31 may. REPORT.AZ/ Çərşənbə günü axşam iki naməlum şəxs Səudiyyə Ərəbistanının qərbində yerləşən Ət-Taif şəhərinin mərkəzində yol polisi əməkdaşına hücum edərək, onu qətlə yetirib.
Digər ölkələr
31 May , 2018 04:29
Səudiyyə Ərəbistanında iki nəfər polisə atəş açıb, ölən və yaralananlar var

Bakı. 31 may. REPORT.AZ/ Çərşənbə günü axşam iki naməlum şəxs Səudiyyə Ərəbistanının qərbində yerləşən Ət-Taif şəhərinin mərkəzində yol polisi əməkdaşına hücum edərək, onu qətlə yetirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Əs-Sabak" nəşri yazıb.

Qəzetin məlumatına görə, onlar hadisə yerindən qaçıblar, lakin polis canilərin izinə düşə bilib. Onlar saxlanılan zaman müqavimət göstəriblər və polis əməkdaşlarına atəş açıblar. Atışma nəticəsində onlardan biri yaralanıb və təhlükəsizlik qüvvələri tərəfindən tutulub, digəri isə qaçmağa müvəffəq olub. Bir neçə polis əməkdaşı yaralanıb.

Son xəbərlər

Orphus sistemi