Səudiyyə Ərəbistanında anomal istilər qeydə alınıb

Səudiyyə Ərəbistanında anomal istilər qeydə alınıb Səudiyyə Ərəbistanında anomal istilər davam edir.
Digər ölkələr
10 İyun , 2019 19:35
Səudiyyə Ərəbistanında anomal istilər qeydə alınıb

Səudiyyə Ərəbistanında anomal istilər davam edir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, meteoroloq Həsən Kərani ölkənin şərqində, həmçinin qərb bölgəsinin bəzi məntəqələrində termometrlərin kölgədə 50 dərəcəyədək isti göstərdiyini qeyd edib.

Həmçinin sosial şəbəkə istifadəçiləri küçədə elektron monitorların gündüz vaxtı 55 dərəcə isti göstərdiyini əks etdirən fotolar paylaşırlar.

Eyni zamanda meteoroloji proqnozlarda ölkənin cənub-qərbində, o cümlədən Məkkə və Mədinədə yağışlı havaların, Qırmızı dəniz sahillərində isə bərk küləyin gözlənildiyi göstərilir.

Son xəbərlər

Orphus sistemi