Səudiyyə Ərəbistanı xaricdən ölkə ərazisinə səfərlərlə bağlı yeni qərar qəbul edib.
“Report” “Arab News”a istinadən xəbər verir ki, bu barədə Baş Mülki Aviasiya İdarəsinin (GACA) açıqlamasında qeyd olunub.
Bildirilib ki, ölkəyə gələn əcnəbilər COVID-19-dan sağalanlar və vaksinasiya olunanların elektron sistemində əvvəlcədən qeydiyyatdan keçməlidirlər.
Həmin qeydiyyatdan hələ yola düşməzdən əvvəl keçməyin vacibliyi vurğulanıb.
Yeni qaydanın ölkəyə gələn peyvənd olunmuş və olunmamış hər kəsə, o cümlədən vizasız rejimdən yararlanan Körfəz Əməkdaşlıq Şurası (GCC) üzv ölkələrinin vətəndaşlarına, yeni viza sahiblərinə, yerli sakinlərə və onlarla birlikdə gələnlərə şamil olunur.