Səudiyyə Ərəbistanı Yəməndə üsyançılara qarşı hava zərbələrini dayandırır

Səudiyyə Ərəbistanı Yəməndə üsyançılara qarşı hava zərbələrini dayandırır Koalisiya Yəmən ordusuna havadan dəstək verməyə davam edəcək
Digər ölkələr
18 Mart , 2016 10:53
Səudiyyə Ərəbistanı Yəməndə üsyançılara qarşı hava zərbələrini dayandırır

Bakı. 18 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Yəməndə üsyançılara qarşı keçirdiyi əməliyyatı dayandırıb.

"Report" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

ABŞ tərəfindən dəstəklənən beynəlxalq koalisiya bir il əvvəl dünya ictimaiyyəti tərəfindən tanınan Yəmən hökumətinə dəstək olmaq üçün üsyançıları bombalamağa başlamışdı.

Səudiyyə Ərəbistanı ordusunun nümayəndəsinin sözlərinə görə, koalisiya Yəmən ordusuna havadan dəstək verməyə davam edəcək.

Cümə axşamı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın aviazərbələri nəticəsində Yəmənin şimalında ölənlərin sayının iki dəfə artdığı, artıq 100 nəfəri keçdiyi məlum olmuşdu.

Şahidlərin sözlərinə görə, ən azı iki mərmi Hacca əyalətində üsyançı husilərin nəzarəti altında olan bazara düşüb. BMT-nin məlumatına görə, ölənlər arasında 22 uşaq da var.

Üsyançı husilər ölkədən sürgün edilmiş prezident Mənsur Hadiyə sadiq silahlı qüvvələrlə döyüşür.

Münaqişə nəticəsində 6200-dən çox dinc sakin ölüb, milyonlarla insan evlərini tərk etməyə məcbur edilib.

Son xəbərlər

Orphus sistemi