Bakı. 13 may. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi "Ərəb koalisiyası"şəxsi icazəsi olmadan Yəmən limanlarına heç bir gəminin yan almasına yol verməyəcək.
"Report" xəbər verir ki, bu barədə komandanlığın nümayəndəsi, general Əhməd Əsiri bildirib.
"Biz koalisiya ilə əlaqələndirilmədən heç bir gəminin Yəmən sahillərinə yan almasına icazə verməyəcəyik", - deyə "Əl-Arabiyyə" onun sözlərini sitat gətirib.
Hazırda söhbət göyərtəsində humanitar yük ilə Yəmən istiqamətində yola düşmək üzrə olan İranın "İran şahid" gəmisindən gedir.
Əsiri qeyd edib ki, İran yükü
İran KİV-nin məlumatına görə, "İran şahid" gəmisinin göyərtəsində 2,5 ton humanitar yük və dava-dərman var.