Səudiyyə Ərəbistanı Kralının böyük qardaşı vəfat edib

Digər ölkələr
  • 29 iyul, 2019
  • 14:15
Səudiyyə Ərəbistanı Kralının böyük qardaşı vəfat edib
РИА "Новости"

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudun böyük qardaşı şahzadə Bəndər bin Əbdüləziz Al Səud vəfat edib.

“Report” SPA-ya istinadən xəbər verir ki, mərhumla vida mərasimi bu gün Məkkə şəhərindəki Məscidül-Həramda keçiriləcək.

Qeyd edək ki, Bəndər bin Əbdüləziz dövlətdə müəyyən şəxsi nüfuza malik olsa da, öz istəyilə heç bir rəsmi vəzifə daşımayıb. Son illər ağır xəstəlikdən əziyyət çəkirdi.