Səudiyyə Ərəbistanı korrupsiyaya qarşı mübarizə kampaniyasının başa çatdığını elan edib

Səudiyyə Ərəbistanı korrupsiyaya qarşı mübarizə kampaniyasının başa çatdığını elan edib Məhkəməyə qədər məsələnin həll edilməsindən imtina edən 95 nəfərin işi prokurorluğa verilib
Digər ölkələr
24 Yanvar , 2018 15:07
Səudiyyə Ərəbistanı korrupsiyaya qarşı mübarizə kampaniyasının başa çatdığını elan edib
REUTERS/Faisal Al Nasser

Bakı. 24 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanının hökuməti şahzadələr, keçmiş nazirlər və krallığın iş adamlarının saxlandığı korrupsiyaya qarşı mübarizə ilə bağlı genişmiqyaslı kampaniyanın başa çatdığını elan edib.

"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, saxlanılanların əksəriyyəti hökumətə vurulan zərərə görə səhmlərinin və mülklərinin bir hissəsinin dövlət xəzinəsinə ötürülməsi ilə əlaqədar dövlətin təklifi ilə razılaşıb. Məhkəməyə qədər məsələnin həll edilməsindən imtina edən 95 nəfərin işi isə prokurorluğa verilib, indi onlar məhkəmə qarşısında çıxış edəcək.

Daha əvvəl ərəb KİV-inin verdiyi məlumata görə, üç aydır onlarla səudiyyəli yüksək vəzifəli şəxs üçün "həbsxana"ya çevrilən "Ritz-Carlton" hoteli fəaliyyətini fevralın 14-dən etibarən davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi